BAKI, 1 okt – Sputnik. Iğdır-Ərzurum avto magistralında erməni dilində yerləşdirilən lövhə bölgə əhalisinin qəzəbinə səbəb olub.
Etirazçılar həmin tablonun yığışdırılması üçün imzatoplama kampaniyasına başlayıblar.
Qeyd edək ki, sözügedən ərazi azərbaycanlıların sıx kompakt yaşadıqları yerlərdəndir.
Lövhənin təşkilatçısı və icraçısı olan Tuzluca bələdiyyə sədri Mehmet Gültekin yazının silinməsini istəyənləri irqçilikdə ittiham edərək, ermənilərlə probleminin olmadığını deyib.
Iğdır-Ərzurum avtomobil yolu üstündə yerləşən Tuzluca bölgəsinin giriş qapısında türk, kürd, ingilis və erməni dillərində "Xoş gəldiniz", "Gülə-gülə" ifadələri qeyd olunub.
Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, ermənicə yazı onları və Azərbaycandakı qardaşlarını narahat edir.