BAKI, 1 okt — Sputnik. Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Sputnik xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr tarixli sərəncamına əsasən, hərbi çağırış oktyabr ayının 1-dən 31-dək davam edəcək. Ölkə başçısı Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb
Dövlət başçısının qərarına əsasən, 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları həqiqi hərbi xidmətə çağırılacaqlar.
Ölkə başçısın qərarıan əsasən eyni zamanda xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, sentyabrın 30-dan etibarən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidməti aktivləşib.
Belə ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçılar sentyabrın 30-dan etibarən təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsiyyət vəsiqələrinin seriya nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə öyrənə bilərlər.