Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyənin məşhur jurnalisti döyülüb

Döyülmə
Döyülmə - Sputnik Azərbaycan
Abunə olmaq
4 nəfər “Hürriyet” qəzetinin yazarı Ahmet Hakana yaşadığı evin qarşısında hücum edib.

BAKI, 1 okt — Sputnik. Türkiyənin tanınmış jurnalistlərindən olan Ahmet Hakan fiziki təzyiqə məruz qalıb.

Türkiyə mətbuatının xəbərinə görə, 4 nəfər “Hürriyet” qəzetinin yazarı Ahmet Hakana yaşadığı evin qarşısında hücum edib. Hadisə bu gecə yerli vaxtla saat 00.35 radələrində jurnalistin “CNNTürk” kanalında yayımlanan verilişindən çıxıb evinə gedərkən baş verib. 

© haber.sol.org.trAhmet Hakan
Ahmet Hakan - Sputnik Azərbaycan
Ahmet Hakan

Nəticədə yazar ağır xəsarət alıb, bədəninin bir neçə yerində sümüyü qırılıb. Dərhal xəstəxanaya çatdırılan jurnalistin həyatına təhlükə yoxdur. O, evə buraxılıb, müalicəsini evində davam etdirəcək.

Artıq hadisəylə bağlı 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti
0