İlham Əliyev Dünya İqtisadi Forumunda xüsusi qəbulda iştirak edib

Prezident İlham Əliyev Davos İqtisadi Forumunda
Prezident İlham Əliyev Davos İqtisadi Forumunda - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün təşkil edilmiş qəbulda iştirak edib

BAKI, 16 yan — Sputnik. Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbul təşkil olunub. Sputnik-in xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Dövlət başçısı İlham Əliyev tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.

Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını prezident İlham Əliyevə təqdim etmişdi.

Xəbər lenti
0