Trampdan Putinə ilginc təklif

© REUTERS / Jonathan Ernst Donald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Ruslarla yaxşı razılıqlar əldə edə bilərik. Ən əsası nüvə silahlarının böyük ölçüdə azaldılmasıdır".

BAKI, 16 yan — Sputnik. Birləşmiş Ştatların seçilmiş prezidenti Donald Tramp, Rusiyanın dövlət başçısı Vladimir Putinə maraqlı təklif göndərib. O, Rusiyaya qarşı olan sanksiyaların ləğvi müqabilində nüvə silahlarının azaldılmasını təklif edib.

General Ceyms Mettis - Sputnik Azərbaycan
Tramp Putinin qatı düşməninə vəzifə verir

Sputnik xəbər verir ki, bu barədə Tramp İngiltərənin "The Times" qəzetinə müsahibəsi zamanı danışıb. "Ruslarla yaxşı razılıqlar əldə edə bilərik. Ən əsası nüvə silahlarının böyük ölçüdə azaldılmasıdır. Ümid edirəm ki, bu məsələni həll edə biləcəyik" — Tramp bildirib.

Ağ Evin yeni rəhbərinin açıqlamasına cavab verən Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, hazırda bu məsələ ilə əlaqədar hər hansı bir fikir yürütmək doğru olmaz: "Cənab Trampın rəsmi vəzifəyə başlayacağı tarixi gözləmək lazımdır. Səbrli olaq".

Xəbər lenti
0