Britaniyanın baş naziri Avropa İttifaqı barəsində konkret danışdı

© REUTERS / John Stillwellİngiltərənin Baş naziri Tereza Mey
İngiltərənin Baş naziri Tereza Mey - Sputnik Azərbaycan
Abunə olmaq
Tereza Mey: "Böyük Britaniya Avropadan deyil, Avropa İttifaqından ayrılır"

BAKI, 9 yan – Sputnik. Böyük Britaniyanın baş naziri Tereza Mey, ölkəsinin Avropa İttifaqı ilə yollarını ayırmaq niyyətində dəyişiklik olmadığını bildirib. 

Yeni ildəki ilk canlı müsahibəsini Sky News telekanalına verən Mey, Böyük Britaniyanın Avropadan deyil, Avropa Birliyindən ayrılmaqda olduğunu qeyd edib.

“İttifaqı tərk edirik, onun xaricinə çıxırıq. Artıq onun üzvü olmayacağıq. İndi əsas problem Avropa İttifaqından ayrıldıqdan sonra onlarla hansı formada düzgün əlaqə quracağımızdır. Bir şey dəqiqdir ki, sərhədlərimizə və qanunlarımıza özümüz nəzarət edə biləcəyik” — deyə, Tereza Mey bildirib.

Xəbər lenti
0