Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

132 məhkum həbsxanadan qaçdı

© pixabay / vero_vig_050Колючая проволока, фото из архива
Колючая проволока, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Penitensiar xidmət: Hücum öncədən yaxşı planlaşdırılıb. İçəridəkilərdən kimlərsə çöl ilə daimi əlaqədə olub

BAKI, 4 yan – Sputnik. Filippinin Kotabato əyalətində bir qrup naməlum şəxslər həbsxanaya silahlı hücum ediblər. Hücum zamanı ən azı 132 dustaq qaçmağı bacarıb.

Sputnik Star-a istinadən xəbər verir ki, silahlılar mühafizəçilərə atəş açıblar və nəticədə həbsxananın bir əməkdaşı ölüb, daha biri yaralanıb.

"Hücum öncədən yaxşı planlaşdırılıb. İçəridəkilərdən kimlərsə çöl ilə daimi əlaqədə olub. Hazırda onların axtarışı əməliyyatı aparılır", — deyə Penitensiar xidmətdən bildirilib.

Xəbər lenti
0