Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Ərdoğan Suriyadakı atəşkəs razılaşmasını müzakirə ediblər

© REUTERS / Sergei KarpukhinВстреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина. Москва, 9 августа 2016 года
Встреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина. Москва, 9 августа 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçıları atəşkəs rejiminin İŞİD terror qruplaşmasına şamil edilməməsinə dair razılığa gəliblər.

BAKI, 29 dek — Sputnik. Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan  telefonla danışıblar.  

Sputnik-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər  Suriyada əldə olunmuş atəşkəs razılaşmasını və Astanada keçiriləcək danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər.   

Dövlət başçıları atəşkəs rejiminin İŞİD terror qruplaşmasına şamil edilməməsinə dair razılığa gəliblər.  

Tərəflər Suriya hökuməti və konstruktiv müxalifət arasında Rusiya və Türkiyə vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan məmnun olduqlarını ifadə ediblər.

Xəbər lenti
0