ABŞ-ın bu addımı İsraildə şok effekti yaradıb

© REUTERS / Dan Balilty/Poolİsrailin baş naziri Binyamin Netanyahu
İsrailin baş naziri Binyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Benyamin Netanyahu Vaşinqtonu sərt tənqid edib

BAKI, 26 dek — Sputnik. BMT Təhlükəsizlik Şurasının, Fələstin torpaqlarında İsrailin mәskunlaşma fәaliyyәti ilә bağlı qәbul etdiyi qәtnamәdәn sonra, layihәnin lehinә sәs verәn ölkәlәrin İsraildәki sәfirlәri Xarici İşlәr Nazirliyinә çağırılıb. Sputnik Türkiyə KİV-nə istinadən xəbər verir ki, qәbul olunan qәrara sərt reaksiya verәn İsrail hökuməti sәfirlәrdәn izahat tələb edib.

İsrailin baş naziri Benyamin Netanyahu sәsvermәdә bitәrәf qalan ABŞ-ı da sәrt dillә tәnqid edib: "ABŞ ilә aramızda mәskunlaşma siyasәti ilә bağlı fikir ayrılığı olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələnin həlli yeri deyil".

İsrail baş naziri veto hüququndan istifadə etməyən ABŞ-ı İsraili tək qoymaqla günahlandırıb.

Xəbər lenti
0