Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Təxribatdır, oyuna getməməliyik"

© sakarya54İsmayıl Qəhrəman - TBMM-in sədri
İsmayıl Qəhrəman - TBMM-in sədri - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayıl Qəhrəman: "İnanıram ki, hər iki dövlət sağlam düşünərək, qaranlıq qüvvələrin arzusunu gözündə qoyacaq"

BAKI, 20 dek — Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi hadisəsinə münasibət bildirib. Sputnik Anadolu Agentliyinə istinadən xəbər verir ki, Qəhrəman bu hücumun əsas hədəfinin iki ölkə arasındakı əlaqələri korlamaq olduğunu deyib.

"Çox böyük bir təxribat olduğunu düşünürəm. Bu hadisənin keçən ilki təyyarə böhranı ilə oxşarlıq təşkil etdiyi açıq-aşkar ortadadır. İnanıram ki, hər iki dövlət sağlam düşünərək, qaranlıq qüvvələrin arzusunu gözündə qoyacaq", — İsmayıl Qəhrəman bildirib.

Xəbər lenti
0