ABŞ-dan dollar barədə radikal qərar: uçot dərəcəsi artırıldı

© AFP 2023 / Karen BLEIERABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Abunə olmaq
FED uçot dərəcəsini qaldırdı

BAKI, 14 dek — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) Direktorlar Şurası, 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini 0,25-0,5-dən 0,5-0,75 faizədək artırmaq barədə qərar qəbul edib. Sputnik xəbər verir ki, bu qərar, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclasının yekununda qəbul edilib.

FED-in bu qərarı dolların daha da möhkəmlənəcəyi deməkdir. Mütəxəssislərə görə, bu faiz artımı manatın vəziyyətini daha da ağırlaşdıracaq.

Xatırladaq ki, FED sonuncu dəfə faiz dərəcəsini 2015-ci ilin dekabrında artırmışdı.

Xəbər lenti
0