Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbul yenə terror aktları ilə silkələndi

© REUTERS / Murad SezerПолицейские и кареты скорой помощи на месте взрыва в центре Стамбула, 10 декабря 2016 года
Полицейские и кареты скорой помощи на месте взрыва в центре Стамбула, 10 декабря 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayışdan sonra rəsmi açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu 20-yə yaxın yaralının olduğunu bildirib.

BAKI, 11 dek-Sputnik. İstanbuldakı Maçka Parkında bu axşam şiddətli partlayış baş verib. 

Sputnik Türkiye xəbər verir ki, partlayışdan sonra hadisə yerinə çox sayda xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. 

Partlayışdan sonra rəsmi açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu 20-yə yaxın yaralının olduğunu bildirib. 

Baş nazir Binəli Yıldırımın, Vodafone Arenada baş verən partlayışla bağlı Süleyman Soylu və İstanbul valisi Vasip Şahindən məlumat aldığı bildirildi.

İstanbulun Dolmabahçe səmtində şiddətli bir partlayış meydana gəlib. Partlayışdan sonra silah səsləri eşidilib.

Patlayışın Maçka Parkı yaxınlığında meydana gəldiyi irəli sürülüb. 

Beşiktaş iştirakı ilə futbol matçının başa çatmasından sonra tərəfdarların dağılışdığı saatlarda baş verən patlayışın bomba yüklü bir  avtomobillə həyata keçirildiyi ehtimal edilir.

Patlayışın çevik qüvvələrə aid avtobusa qarşı həyata keçirildiyi bildirilir. Olayda yaralılar olsa da, hələlik insan tələfatı barədə məlumat yoxdur.

Xəbər lenti
0