Bəşər Əsəd Ərdoğanı görün nəyə bənzətdi?

© AP Photo / Syrian PresidencyBəşər Əsəd,arxiv şəkli
Bəşər Əsəd,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana 600 min, bəzi rəqəmlərə görə isə 1 milyona yaxın insan rejimin qurbanı olub

BAKI, 10 dek – Sputnik. Beynəlxalq aləm tərəfindən 600 minə yaxın günahsız insanı öldürməkdə təqsirli bilinən Suriya rejiminin rəhbəri Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqda təhqiramiz ifadələr işlədib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, B.Əsəd Ərdoğanı “anormal və psix” adlandırıb. 

Bəşər Əsədə görə Ərdoğan siyasətçi yox, qatı bir dindardır.

“Türk siyasəti Ərdoğan kimi anormal və psixoloji problemləri olan biri tərəfindən idarə olunur. Bu səbəblə də, biz hər ehtimala hazır olmalıyıq. Çünki bu adamın Suriyaya axmaqca marağı var”. 

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana 600 min, bəzi rəqəmlərə görə isə 1 milyona yaxın insan rejimin qurbanı olub. 

Xəbər lenti
0