Özbəkistanda prezident seçkilərində seçici fəallığı 87,3 faiz təşkil edib

© Sputnik / Валерий Мельников / Mediabanka keçidВыборы президента Узбекистана
Выборы президента Узбекистана - Sputnik Azərbaycan
Abunə olmaq
Özbəkistan Mərkəzi Seçki Komissiyası səsvermədə 18,928 milyon nəfərin iştirak etdiyini bildirib.

BAKI, 4 dek — Sputnik. Özbəkistanda keçirilən prezident seçkilərində seçici fəallığı 87,3 faiz təşkil edib.

RİA Novosti-nin verdiyi məlumata görə, Özbəkistan Mərkəzi Seçki Komissiyası səsvermədə 18,928 milyon nəfərin iştirak etdiyini bildirib.

Seçkilərdə 4 namizəd mübarizə aparır. Bunlar hazırda prezident səlahiyyətlərini icra edəb Şövkət Mirzəyev (Liberal-Demokrat Partiyası), Sarvar Otamuradov (Milli Dirçəliş Partiyası), Nəriman Umarov (Sosial-Demokrat Partiyası) və Xatomjon Ketmenovdur (Xalq-Demokrat Partiyası).

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında vəfat edib.

Xəbər lenti
0