Yarım əsrlik müharibə bitdi

© AFP 2023Kolumbiyada hökumətlə İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında, yarım əsr davam edən savaşdan sonra sülh müqaviləsi imzalanıb
Kolumbiyada hökumətlə İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında, yarım əsr davam edən savaşdan sonra sülh müqaviləsi imzalanıb - Sputnik Azərbaycan
Abunə olmaq
250 min insanın ölümündən sonra sülh əldə olunub

BAKI, 1 dek — Sputnik. Kolumbiyada hökumətlə İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında, yarım əsr davam edən savaşdan sonra sülh müqaviləsi imzalanıb. Sputnik TRT-yə istinadən xəbər verir ki, ikinci razılaşma bu dəfə xalq səsverməsinə yox, Senata təqdim olunub.

Tərəflər arasında iki ay əvvəl Kubanın paytaxtı Havanada imzalanan birinci sülh müqaviləsi referendumda qəbul edilməmişdi. Təkrar müzakirələrdən sonra yenidən işlənmiş sülh müqaviləsi Senatda səs birliyi ilə qəbul olunub.

Qeyd edək ki, hökumətlə FARC arasında yarım əsrdir davam edən vətəndaş müharibəsində 250 minə yaxın insan həyatını itirib.

Xəbər lenti
0