Ulduz futbolçunun yaşadığı bina yandı

© Photo : DHAQalatasaraylı futbolçu Cavandanın evində baş verən yanğın, arxiv şəkli
Qalatasaraylı futbolçu Cavandanın evində baş verən yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faciənin qarşısı yanğınsöndürən briqadalar tərəfindən qısa zaman ərzində alına bilib

BAKI, 1 dek — Sputnik. Qalatasaraylı futbolçu Luis Pedro Cavandanın yaşadığı 3 mərtəbəli lüks rezidansın mansard qatında yanğın çıxıb. Hadisə gecə saat 03:00 radələrində İstanbulun Bakırköy səmtində baş verib.

Sputnik xəbər verir ki, faciənin qarşısı yanğınsöndürən briqadalar tərəfindən qısa zaman ərzində alına bilib. Həmin binada Qalatasarayın keçmiş futbolçusu Emre Belezoğlunun atası Mehmet Belezoğlu da yaşayır.

Polisin verdiyi məlumata görə, yanğın kondisionerdəki nasazlıq səbəbindən başlayıb.

Xəbər lenti
0