Türkiyə Avropa Parlamentinə meydan oxudu: "Cəsarətiniz varsa..."

© AFP 2023 / CYRIL NDEGEYAMövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Sanksiyalardan söz açırlar. Əllərindən gǝlǝni ǝsirgǝmǝsinlər. Avropa İttifaqı və Avropa Parlamentinin nǝ qǝdǝr riyakar olduğunu gördük"

BAKI, 14 noy — Sputnik. "Martin Şultsun sözlǝri bizim üçün heç bir mǝna kəsb etmir". Sputnik TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa Parlamentinin sədri Martin Şultsun, Türkiyəni hədəf alan açıqlamalarına cavab verərkən deyib.

Türkiyə XİN - Sputnik Azərbaycan
Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi

"Əgǝr o, güc vǝ sǝlahiyyǝtǝ sahibdirsǝ, separatçı terror təşkilatı PKK-nın Avropa Parlamentindəki fəaliyyətlərinin qarşısını alsın. Cǝsarǝti varsa, öncǝ terror təşkilatları qarşısında danışsın. İqtisadi sanksiyalardan söz açır. Bu sahǝdǝ dǝ ǝllərindǝn gǝlǝni ǝsirgǝmǝsin. İstǝdiyini etsin. Avropa İttifaqı və Avropa Parlamentinin nǝ qǝdǝr riyakar olduğunu gördük", — Çavuşoğlu vurğulayıb.

Qeyd edǝk ki, Avropa Parlamentinin rǝhbǝri Martin Şults, Almaniyada yayımlanan "Bild" qəzetinə verdiyi müsahibǝsindǝ,Türkiyənin edam cəzası ilǝ bağlı qanun qǝbul etmǝsi halında, Avropa İttifaqının iqtisadi sanksiya tǝtbiq edǝ bilǝcǝyi ehtimalını sǝslǝndirmişdi.

Xəbər lenti
0