Obama prezident postunu hansı peşəyə dəyişəcəyini açıqladı

© REUTERS / Jonathan ErnstABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti səlahiyyət müddəti bitdikdən sonra taksi sürücüsü olacağını bildirib

BAKI, 11 noy — Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama səlahiyyət müddəti başa çatandan sonra hansı işlə məşğul olacağını açıqlayıb. O, zarafat edərək deyib ki, prezidentlikdən sonra "Uber" taksi xidmətində sürücü işləyəcək.

Sputnik RT-yə istinadən xəbər verir ki, Obama jurnalistin "siz öz bloqunuzu idarə etməyi düşünürsünüz?" sualına cavab olaraq zarafatla "Uber"də işləməyə gedəcəyini bildirib.

Obama sözlərinin davamında deyib: "Açığını deyim ki, mən bir neçə həftə yatmağı planlaşdırıram. Biz şəraiti elə də yaxşı olmayan gənclər üçün imkanlar yaratmağa davam edəcəyik".

Xəbər lenti
0