İlk raund Klintonun xeyrinədir

© hillaryclinton.comHillari Klinton
Hillari Klinton - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmi 8 nəfərin səs hüququna malik olduğu kənddə xanım namizəd 4, respublikaçı rəqibi 2, Liberallar partiyasından Hari Cons 1, keçən seçkidə namizəd olmuş Miit Romni də həmçinin 1 səs toplaya bilib

BAKI, 8 noy — Sputnik. Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilərin ilk məntəqə qalibi Hillari Klinton olub. Ənənəyə uyğun olaraq yenə də ilk sandıq Nyu Hempşir ştatının Diksvil-Noç kəndində açılıb.

Sputnik USA TODAY-ə istinadən bildirir ki, cəmi 8 nəfərin səs hüququna malik olduğu kənddə xanım Klinton 4, respublikaçı rəqibi Donald Tramp 2, Liberallar partiyasından Hari Cons 1, keçən seçkidə namizəd olmuş Miit Romni də həmçinin 1 səs toplaya bilib.

Beləliklə, ilk məntəqənin qalibi Demokrat partiyadan olan Hillari Klinton olub.

Xəbər lenti
0