Orhan Pamuk Sputnik-ə maraqlı açıqlamalar verdi

© AFP 2023 / OZAN KOSEOrhan Pamuk
Orhan Pamuk - Sputnik Azərbaycan
Abunə olmaq
“Ruslarla türklər savaşmaq yox, dostluq etmək zamanının gəldiyini anladı. Rusiyada bir türk yazarın ən böyük mükafata layiq görülməsi məni qürurlandırır”

BAKI, 3 noy – Sputnik. Nobel mükafatlı yazar Orxan Pamuk Sputnik-ə maraqlı açıqlamalar verib. 

“Beynimdə bir qəribəlik” kitabı ilə məşhur rus ədəbiyyatçı Lev Tolstoyun evinin adını daşıyan “Yasnaya Polyana” mükafatına layiq görülən Orhan Pamuk, Tolstoyu yazıçıların ən böyüyü adlandırıb. 

Orhan Pamuk bu mükafata layiq görülməkdən duyduğu məmnuniyyəti dilə gətirib. 

“Tolstoy adına verilən bu mükafata layiq olmaqdan böyük şərəf duydum. Amma çox təəssüf ki, Nyu-Yorkdakı yoğun dərs proqramım üzündən Moskvadakı “Bolşoy Teatr”da keçiriləcək mərasimdə iştirak edə bilməyəcəm”, — yazar deyib. 

Türk yazıçı daha sonra bunları deyib: “Ruslarla türklər savaşmaq yox, dostluq etmək zamanının gəldiyini anladı. Rusiyada bir türk yazarın ən böyük mükafata layiq görülməsi məni qürurlandırır. Fevral ayında Moskvaya gedib, layiq görüldüyüm “Yasnaya Polyana” mükafatımı alacağam”. 

Xəbər lenti
0