Mosulun daha 4 kəndi İŞİD-dən təmizləndi

© REUTERSMosul, İraq
Mosul, İraq - Sputnik Azərbaycan
Abunə olmaq
Mosulun İŞİD-dən təmizlənməsi üçün İraq Ordusu, Peşmərgə qüvvələri və Başika bazasında türk əsgərlərinin tәlim keçdiyi Ninova mücahidləri oktyabrın 17-dә әmәliyyat başladıb.

BAKI, 31 okt – Sputnik. İraqın Mosul şəhərinin İŞİD terrorçularından tәmizlәnmәsi üçün davam edən hərbi әmәliyyat çərçivəsində Kanune, Hakul, Ali Riş və Rojbeyan kəndləri azad edilib.

Sputnik Ensonhaber-ə istinadən xəbər verir ki, Başika qəsəbəsi isə oktyabrın 23-dәn etibarәn peşmerge qüvvələri tərəfindən mühasirə altına alınıb.

Xatırladaq ki, Mosulun İŞİD-dən təmizlənməsi üçün İraq Ordusu, Peşmərgə qüvvələri və Başika bazasında türk əsgərlərinin tәlim keçdiyi Ninova mücahidləri oktyabrın 17-dә әmәliyyat başladıb.

Xəbər lenti
0