SOS: Yaxın 4 ildə planetdəki heyvanların yarıdan çoxu qırılacaq

Abunə olmaq
Son 40 ildə Yer kürəsindəki onurğalıların 60 faizi məhv olub

BAKI, 27 okt — Sputnik. Son 40 il ərzində onurğalı heyvan populyasiyalarının 60% ixtisarı baş verib. Sputnik xarici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund — WWF) 1970-2012-ci il ərzində vəhşi heyvan populyasiyaları ilə bağlı acınacaqlı statistika açıqlayıb.

İnsan hüceyrələri mikroskop altında - Sputnik Azərbaycan
ELM
İnsanlarla heyvanların hüceyrələri çarpazlaşdırılacaq

40 ildən artıq bir müddətdə aparılan müşahidələrin yekununda məlum olub ki, balıqlardan başlayaraq quşlar, məməlilər, suda-quruda yaşayanlar və sürünənlər də daxil olmaqla, bütün vəhşi heyvan populyasiyaları 58% azalıb.

Alimlər həyəcan təbili çalırlar. Əgər belə davam eləsə, 2020-ci ildə bizim planetdəki onurğalı heyvanlarının sayı 1970-ci illə müqayisədə 2/3-yə qədər azalacaq.

WWF-in baş direktoru Marko Lambertini bildirib ki, onurğalı heyvan populyasiyalarının azalması, ekosistemin məhvinə gətirib çıxaracaq. O, həmçinin qeyd edib ki, heyvanların kökünün kəsilməsi ilə qida zənciri qırılacaq, həmçinin heyvanların bizim üçün yaratdığı təmiz hava, su, qida və iqlimlə birlikdə ekosistem tarixə qovuşacaq.

Alimlər bəyan ediblər ki, insanın fəaliyyəti heyvanları məhv edir. Ətraf mühitin çirkəndirilməsi, ovçuluq, eyni zamanda planetin ayrı-ayrı ucqarları üçün tipik olmayan heyvan və bitkilərin qarışdırılması və onların şüurlu şəkildə bir arealdan başqa areala köçürülməsi onurğalıları məhv edir.

Xəbər lenti
0