ABŞ təyyarələri qızlar məktəbini bombaladı

© AFP 2023 / FAYEZ NURELDINHərbi təyyarə
Hərbi təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə İraqın Mosul şəhərinin cənubunda yerləşən qızlar məktəbinə zərbə endirib.

BAKI, 25 okt-Sputnik. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə İraqın Mosul şəhərinin cənubunda yerləşən qızlar məktəbinə zərbə endirib.

Sputnik-in məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bu barədə məlumat verib.

Rudskoy oktyabrın 22-də Mosuldan 20 km şərqdə yerləşən Qaraköş yaşayış məntəqəsinə güclü hava zərbələrinin endirildiyini də bildirib:

"ABŞ Hərbi-Hava Qüvvələri həmçinin oktyabrın 23-də Mosul yaxınlığındakı Qaraqharab və Əş-Şura yaşayış məntəqələrinə də raket-bomba zərbələri endirib. Zərbələr nəticəsində xeyli sayda sosial təyinatlı obyektlər dağıdılıb."

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb.

Xəbər lenti
0