Türk F16-ları Mosul naminə hava əməliyyatına qoşulub

© Photo : Krystal Ardrey/U.S. Air Force via APИстребитель F-16
Истребитель F-16 - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir, koalisiyanın əsas məqsədinin Suriya və İraqdan İŞİD-i təmizləmək və ölkələrin ərazi bütövlüyünü qorumaq olduğunu vurğulayıb.

BAKI, 25 okt — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mosuldakı hərbi əməliyyata ölkəsinin çoxşaxəli yardım etdiyini deyib. O, həmçinin Başika düşərgəsində türk hərbçilərinin təlim keçdiyi Ninova silahlılarının İŞİD-ə qarşı əməliyyatda aktiv vuruşduğunu söyləyib.

Sputnik-in məlumatına görə, Çavuşoğlu əlavə edib ki, eyni zamanda, dörd ədəd türk F16 təyyarəsi koalisiya qüvvələri ilə birgə, hava əməliyyatına qoşulub.

Nazir, koalisiyanın əsas məqsədinin Suriya və İraqdan İŞİD-i təmizləmək və ölkələrin ərazi bütövlüyünü qorumaq olduğunu vurğulayıb.

Xəbər lenti
0