02:26 05 Dekabr 2016
Canlı yayım
Mosul əməliyyatının başlaması ilə bölgədə yaşayan əhali köçməyə başlayıb

Bir milyon insanın Mosuldan qaçacağı gözlənilir

© REUTERS/ Ako Rasheed
DÜNYA
Qısa URL
Mosul şəhəri uğrunda mübarizə (15)
43 0 0

Mosul əməliyyatının başlaması ilə bölgədə yaşayan əhali yurd-yuvasının tərk etməyə başlayıb

BAKI, 19 okt — Sputnik. Mosul əməliyyatının başlaması ilə bölgədə yaşayan əhali köçməyə başlayıb. Hazırda bir milyon insanın öz yurd-yuvasını tərk edəcəyi təhlükəsi meydana çıxıb.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Mosul əməliyyatının başlamasıyla bölgə əhalisi öz ev-eşiyindən qaçmağa başlayıb. Hud qəsəbəsindən 1000 adam evlərini tərk edərək İraq ordusunun nəzarəti altındakı Kayyare qəsəbəsinə gəlib.

Mosulun mərkəzində isə əhalinin qida və içməli su problemi yaşadığı, kütləvi köçün yaşana biləcəyi xəbərdarlığı edilib. Mosulun cənub və şərqində 60 min nəfərlik sığınacaq yaradılıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) şəhərdə 500 mindən çox uşaq və ailənin risk altında olduğunu qeyd edib.

2014-cü ildə — İŞİD-in bölgəni ələ keçirməsindən əvvəl 3 milyon, hazırda isə 1.5 milyon əhalinin yaşadığı Mosulda, köç təhlükəsinin artdığına diqqət çəkən BMT, ilk mərhələdə 200 min, əməliyyatın sonunda isə 1 milyon adamın yer dəyişdirəcəyini proqnozlaşdırır.

Yaxın zamanda 100 min nəfərin Türkiyəyə üz tutacağı, ümumilikdə 200 min adamın şəhərdən ayrılacağı gözlənilir. BMT bu vəziyyəti "ən pis insani ssenari" kimi dəyərləndirir.

"Heç bir ölkə qısa müddətdə bu qədər insani böhranın öhdəsindən gələ bilməz", — deyə güman olunur.

Qeyd edək ki, hazırda Mosul əməliyyatı bölgənin şimal, cənub və şərq istiqamətlərində davam etdirilir. Bu fonda İŞİD-in Mosulun qərbinə çəkiləcəyi proqnozlaşdırılır. BMT mənbələri Mosuldan qaçanların qərb istiqamətə getməməsini tövsiyə edir.

Mövzu:
Mosul şəhəri uğrunda mübarizə (15)

Əlaqədar

Gözlənilən əməliyyat başladı
"Türkiyə heç vaxt Mosula marağını gizlətməyib"
İŞİD-in Mosuldakı mövqelərinə artilleriya zərbələri endirilir
ABŞ PKK-nın Mosul əməliyyatına qatılmasına qarşıdır
Mosul bu tarixdə İŞİD-dən azad ediləcək
Teqlər:
köç, əməliyyat, əhali, Mosul, İraq, böhran, BMT

Əsas mövzular