Bu ölkə robot-polis sisteminə keçir

© Photo : PUBLIC DOMAINDubayda robot-polis nümayiş etdirilib
Dubayda robot-polis nümayiş etdirilib - Sputnik Azərbaycan
Abunə olmaq
İlk robot-polis 2017-ci ildə istismara veriləcək

BAKI, 18 okt — Sputnik. "İlk robot-polis 2017-ci ildə Birləşmiş Ərəb əmirliklərinin Dubay şəhərində istismara veriləcək". Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dubay polisi açıqlama verib.

Xatırladaq ki, iki il öncə Dubay polisinin yaxın müddətdə robot-polis sisteminə keçəcəyi barədə xəbər verilmişdi. Bundan əvvəl patrul polisi "Google Glass" texnologiyasından istifadəyə başlayıb. Sözügedən hay-tek texnologiyanın köməkliyi ilə Dubay polisi yollarda qaydaları pozanları qeydiyyat nömrələri üzrə asanlıqla müəyyənləşdirə bilir.

Xəbər lenti
0