"Qüdsü İsrailin paytaxtı kimi tanıyacağam..."

© Photo : crossroadstoday.comTramp İsrailin baş naziri Benyamin Netanyahu ilə
Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp müsəlmanları qəzəbləndirəcək açıqlama verdi

BAKI, 26 sen — Sputnik. ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp, seçiləcəyi təqdirdə Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyacağını deyib. Sputnik Independent-ə istinadən xəbər verir ki, Tramp bu sözlərini İsrailin baş naziri Benyamin Netanyahu ilə Nyu-Yorkdaki görüşü zamanı deyib.

Benyamin Netanyahu - Sputnik Azərbaycan
"Ölkəmizi Osmanlıdan xilas etdiyiniz üçün sizə borcluyuq"

Amerikalı bir çox siyasi analitik Trampın bu sözlərini seçki öncəsi kampaniya kimi dəyərləndirərək, respublikaçı namizədin yəhudi lobbisini öz tərəfinə çəkməyə çalışdığını bildirib.

Mövzu ilə bağlı rəsmi Təl-Əvivdən də açıqlama verilib. "Hörmətli Donald Tramp, müqəddəs Qüds şəhərinin yəhudi xalqının 3000 il ərzində əbədi paytaxtı olduğunu etiraf edib. Amerika, Tramp administrasiyası dövründə nəhayət ki, Konqresin Qüdsün İsrailin ayrılmaz paytaxtı kimi tanınması qərarını təsdiqləyəcək" — deyə, İsrail hökumətinin bəyanatında qeyd olunur.

Xəbər lenti
0