Türk nazir qərbli siyasətçiləri populist adlandırıb

© AFP 2023 / ADEM ALTANГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: Dar düşüncəli və irqçi siyasətçilərin mövqeyi terrorçu qruplara yarayır.

BAKI, 24 sen – Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa ölkələrində xarici ölkə vətəndaşlarına qarşı düşmənlik və irqçiliyin yüksək həddə çatdığını deyib. Sputnik xəbər verir ki, nazir, bu halın narahatedici olduğunu bildirib. 

BMT Baş Assembleyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində olan M.Çavuşoğlu Mədəniyyətlər İttifaqı Dostlar Qrupu nazirlər yığıncağında iştirak edib. Çıxışı zamanı Qərbi Avropa ölkələrində müsəlmanlara və digər azlıqlara qarşı hücumların get-gedə artdığını söyləyərək təkcə keçən il Avropa və Şimali Amerikada türklərə qarşı 108 irqçi hücumun olduğunu diqqətə çatdırıb.

Terrorçuların və radikal ünsürlərin cəmiyyətdəki qütbləşmə siyasətini tənqid edən Çavuşoğlu deyib: "Hücumlar həm təhlükəsizliyimizə, həm müxtəlifliyimizə, həm də insanlığın təməl dəyərlərinə ziyan vurur. Yaşanan dramatik vəziyyətin nəzarətsiz immiqrant axınından qaynaqlandığını anlayıram. Amma təəssüf ki, yüksələn irqçilik populist siyasətçilərin çıxışlarına da keçib. Elə terrorçuların da istədiyi müsəlmanların və qaçqınların başqa cəmiyyətlərdən itələnməsi, qovulmasıdır. Dar düşüncəli və irqçi siyasətçilərin mövqeyi terrorçu qruplara yarayır”.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun da 10 illik fəaliyyəti dövründə mədəniyyətlər ittifaqı üçün körpü qurmaq və dəstəkləmək üçün əlindən gələni etdiyini söyləyib.

Xəbər lenti
0