"Cənab Bayden, Kobaniyə göndərilən silahlardan xəbərin varmı?"

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan: "Amerikalılar bizdən tutmağımızı istədikləri terrorçuları yaxaladıq. Amma özləri hələ də bir terrorçunu bizə təhvil vermirlər"

BAKI, 23 sen — Sputnik. "İndiyədək 85 bağlama fayl göndərdik, amma "kafi deyil" deyirlər. Bizdən 10 terrorçunu tutmağımızı istədilər, 9-nu tutub təslim etdik. Özləri hələ də bu terrorçunu saxlayırlar".

Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğandan ABŞ-a: "Bizi aldatmağa çalışmayın"

Sputnik hurriyet-ə istinadla xəbər verir ki, bu fikirləri ABŞ-da çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin vacibliyindən danışarkən səsləndirib. Nyu-Yorkda Türk-Amerikan Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilən proqramda çıxış edən Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə keçirdiyi görüşdən danışıb. Türkiyə prezidenti ABŞ-ın üç gün əvvəl Kobaniyə təyyarə dolusu silah göndərdiyini qeyd edib.

"Dünən də cənab Baydendən soruşdum ki, bundan xəbərin varmı. "Xəbərim yoxdur" dedi. Amma mənim xəbərim var. Eyni şey daha əvvəl də oldu, yenə Kobaniyə üç təyyarə endirdilər, silahların yarısı İŞİD-ə getdi, yarısı PYD-yə getdi. Ortada belə bir acı mənzərə var", — Ərdoğan vurğulayıb.

Türkiyə lideri, 15 iyul gecəsi türk millətinin bütün dünyada şiddətlə, silahla güc toplamağa çalışan hər kəsə böyük bir dərs verdiyini əlavə edib.

Xəbər lenti
0