Parlamentdə sığınacaq tikiləcək

© AFP 2023 / ADEM ALTANTBMM
TBMM - Sputnik Azərbaycan
Abunə olmaq
Spiker: Fövqəladə vəziyyətlərə uyğun bir sığınacağımız yoxdur.

BAKI, 20 sen — Sputnik. Türkiyə Böyük Millət Məclisində yeni sığınacaq tikiləcək.

Sputnik Türkiyənin Karar qəzetinə istinadən xəbər verir ki, bu barədə parlamentin sədri İsmail Kahraman məlumat verib.

"Fövqəladə vəziyyətlərə uyğun bir sığınacaq yoxdur. Əvvəllər sığınacaq üçün bir yer ayrılmışdı. 15 iyul gecəsi oranın yetərli olmadığını gördük. Ona görə də günümüzün tələblərinə, mülki müdafiənin şərtlərinə, normalarına uyğun olaraq bir sığınacaq tikəcəyik", — deyə İ.Kahraman vurğulayıb.

Xatırladaq ki, bu il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı TBMM-in binası bombalanmışdı.

Xəbər lenti
0