Keçmiş nazir həyat yoldaşından boşanacağını açıqlayıb

© Photo : zimbio.comAlmaniyanın sabiq kansleri Gerard Şröyder
Almaniyanın sabiq kansleri Gerard Şröyder - Sputnik Azərbaycan
Abunə olmaq
Xəbərə görə, onlar bir ilə yaxındır ayrı yaşayırlar.

BAKI, 14 sen – Sputnik. Almaniyanın sabiq kansleri Gerard Şröyder 19 illik birgə ailə həyatından sonra 53 yaşlı xanımı Doris Şröyder-Kepfdən ayrılacağını açıqlayıb.

Sputnik Almaniya mətbuatına istinadən xəbər verir ki, cütlük boşanmaq üçün artıq məhkəməyə müraciət edib.

Xəbərə görə, onlar bir ilə yaxındır ayrı yaşayırlar. Bu, onların birlikdə müxtəlif tədrbilərə qatılmasına mane olmayıb.

Cütlük övladlığa götürdükləri iki uşağın tərbiyəsi ilə birlikdə məşğul olacaq.

Xəbərdə bildirilib ki, Doris keçmiş kanslerin dördüncü həyat yoldaşıdır. Gerhard Şröyderlə evlilik Doris Şröyder-Kepfin isə ilk nikahıdır.

Xatırladaq ki, 72 yaşlı G.Şröyder 1998-ci il oktyabrın 27-dən 2005-ci il noyabrın 21-dək Almaniyanın kansleri olub. 

Xəbər lenti
0