ABŞ-dan "Fərat qalxanı" əməliyyatına dəstək

© AFP 2023 / Paul J. RichardsDövlət Departamenti
Dövlət Departamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Mark Toner: "Türkiyənin öz sərhədləri daxilində təhlükəsiz şəkildə yaşaması üçün başlatdığı əməliyyata verilən dəstək davam edir"

BAKI, 9 sen — Sputnik. Birləşmiş Ştatlar "Fərat qalxanı" əməliyyatına davam edən Türkiyə hökumətinin atdığı addımlara dəstəyini ifadə edib. Sputnik Haberturk-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Mark Toner açıqlama verib.

Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi - Sputnik Azərbaycan
Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi

Toner deyib ki, Ağ Ev "Fərat qalxanı" əməliyyatı çərçivəsində Türkiyənin atdığı addımları dəstəkləyir: "Türkiyənin öz sərhədləri daxilində təhlükəsiz şəkildə yaşaması üçün başlatdığı əməliyyata verilən dəstək davam edir".

Amerikalı rəsmi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun "Suriyadakı keçid prosesində Əsədin hakimiyyətdə qaldığı bir vəziyyəti qəbul etməyəcəyik" açıqlamasına isə cavabında deyib ki, Vaşinqton Bəşər Əsədi qanuni bir lider olaraq görmür: "Suriyanın gələcəyi barədə qərarı suriyalılar özləri verəcəklər. Buna görə də Cenevrədəki müzakirə prosesi vacibdir və tərəflər arasındakı görüşlərdə siyasi keçid prosesinə dair mövzuların müzakirə edilməsini gözləyirik".

Xəbər lenti
0