Tereza ana müqəddəslər sırasına daxil edilib

© Sputnik / Олег Кулеш / Mediabanka keçidМать Тереза. Архивное фото
Мать Тереза. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Mərasim sentyabrın 4-də Vatikanın Müqəddəs Pyotr meydanında keçirilib. Meydana toplaşmış on minlərlə mömin Poma papasının qərarını alqışlarla qarşılayıb.

BAKI, 4 sen — Sputnik. Roma papası Fransisk Tereza ananı Roma katolik kilsəsinin müqəddəsləri sırasına daxil edilib. Tereza ananın kanonizasiyası onun ölümündən 19 il sonra baş tutub.

RİA Novosti xəbər verir ki, mərasim sentyabrın 4-də Vatikanın Müqəddəs Pyotr meydanında keçirilib. Meydana toplaşmış on minlərlə mömin Poma papasının qərarını alqışlarla qarşılayıb.

Vatikan bununla bağlı qərarını ötən ilin dekabrında açıqlamışdı. O vaxt Roma papası Tereza ananın ikinci möcüzəsini etiraf etmişdi. Belə ki, beynində çoxsaylı şişlər olan braziliyalı xəstə Tereza anaya duaları sayəsində şəfa tapmışdı.

Birinci möcüzə isə Vatikan tərəfindən 2003-cü ildə qeydə alınmışdı. Onda 30 yaşlı kəlküttəli qadın mədəsindəki şişdən Tereza anaya etdiyi dualar nəticəsində xilas olduğunu xəbər vermişdi.

Xatırladaq ki, xeyriyyəçilik missiyası ilə məşhurluq qazanmış etnik alban olan Tereza ana 1997-ci ildə Nobel mükafatına layiq görülmüşdü.

Xəbər lenti
0