Ərdoğandan ABŞ-a: "Bizi aldatmağa çalışmayın"

© REUTERS / Umit BektasƏrdoğan
Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Biz ölkəmizin və bölgədəki dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni yerinə yetirməliyik"

BAKI, 2 sen — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfərindən öncə gündəmi dəyərləndirib. Sputnik Trt-yə istinadən xəbər verir ki, dövlət başçısı Türkiyənin cənub sərhədlərində planlaşdırılan ssenarilərə icazə verməyəcəklərini bir daha təkrarlayıb.

"Cerablusda İŞİD-in məğlub edilməsindən bəziləri demək olar ki, narahatlıq duyur. Bunu başa düşə bilmirəm. Türkiyə olaraq bizlər, dövlət olaraq ordumuzla ölkəmizin və bölgədəki dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni yerinə yetirməliyik", — deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti PYD-YPG silahlılarının Fərat çayının şərqinə keçdiklərinə dair ABŞ-dan gələn açıqlamalar barədə isə deyib ki, "Türkiyə hər şeyi çox yaxşı bilir və heç kim bizi aldatmağa çalışmasın".

Xəbər lenti
0