Daha 820 yüksəkrütbəli hərbçi Türk Ordusundan uzaqlaşdırıldı

© Photo : timeturk.comFikri Işık
Fikri Işık - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar Fətullah Gülən şəbəkəsi ilə bağlı keçirilən istintaq tədbirləri çərçivəsində ordu sıralarından kənarlaşdırılıb

BAKI, 1 sen — Sputnik. Türkiyə Silahlı Qüvvələrində daha 820 hərbçi vəzifəsindən uzaqlaşdırılıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, ordudan xaric olan hərbçilər Quru və Dəniz qüvvələrinin yüksək rütbəli zabitləridir.

Qeyd edək ki, onlar Fətullah Gülən şəbəkəsi ilə bağlı keçirilən istintaq tədbirləri çərçivəsində ordu sıralarından kənarlaşdırılıb.FETÖ soruşturması kapsamında Kara ve Deniz Kuvvetleri'nde görevli 648'i tutuklu 820 askeri personelin daha orduyla ilişiği kesildi.

Xəbər lenti
0