Tibb mərkəzinin avtoparkında atışma baş verib

© azvision.azAtışma
Atışma - Sputnik Azərbaycan
Abunə olmaq
Atəş açan şəxsin kimliyi barədə hələlik məlumat yoxdur

BAKI, 31 avq — Sputnik. ABŞ-ın Arizona ştatının Tukson şəhərində yerləşən tibb mərkəzində atışma olub. Hadisə tibb mərkəzinin avtomobil parkında baş verib. Naməlum şəxs ətrafa silahla atəş açıb. Sputnik bu barədə ABC-yə istinadən xəbər verir.

Polisin verdiyi məlumata görə, xəstəxananın binası mühasirəyə alınıb. Bir nəfərin ağır yaralandığı bildirilir. Atəş açan şəxsin kimliyi barədə isə hələlik məlumat yoxdur.

Xəbər lenti
0