ABŞ öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb

© AFP 2023 / Paul J. RichardsDövlət Departamenti
Dövlət Departamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Departamentinin Türkiyədə artan terror riskinə diqqət çəkən xəbərdarlığında ölkənin cənub-şərqinə səyahət edilməməsi tövsiyə olunub

BAKI, 30 avq — Sputnik. ABŞ Türkiyədə artan terror riski ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Sputnik "Cnntürk"-ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti Türkiyəyə səyahət ilə bağlı xəbərdarlıq edib. Ölkədə artan terror riskinə diqqət çəkilən xəbərdarlıqda Türkiyənin cənub-şərqinə səyahət edilməməsi tövsiyə edilib.

Digər tərəfdən, açıqlamada Ankara və İstanbulda çalışan səfirlik işçilərinin ailələri üçün ABŞ-a pulsuz uçuş imkanının da 23 sentyabr tarixinə qədər uzadıldığı deyilib.

Xəbər lenti
0