Türkiyə sarsıldı – dəhşətli anların videogörüntüsü

© Photo : AATürkiyənin Van vilayətinin İpəkyolu rayonunda terror aktı törədilib
Türkiyənin Van vilayətinin İpəkyolu rayonunda terror aktı törədilib - Sputnik Azərbaycan
Abunə olmaq
PKK tərəfindən törədilən terror aktı nəticəsində 3 nəfər həlak olub, 73 nəfər yaralanıb

BAKI, 18 avq — Sputnik. Türkiyənin Van vilayətinin İpəkyolu rayonunda dəhşətli terror aktı törədilib. PKK terror təşkilatının polis bölməsinə, partlayıcı yüklü mikroavtobusla təşkil etdiyi hücum zamanı güclü partlayış baş verib.

Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, terror hücumunda biri polis olmaqla 3 nəfər həyatını itirib, 20-si polis olmaqla 73 nəfər yaralanıb.

Van valisi İbrahim Taşyapan jurnalistlərə açıqlamasında bildirib ki, polis mərkəzinin yerləşdiyi binaya bomba yüklü nəqliyyat vasitəsilə hücum edilib. Saat 23.10 sıralarında partlayıcı yüklü mikroavtobusun binanın yaxınlığında park edilməsindən 9 saniyə sonra bir partlayış meydana gəlib. Terror zamanı biri polis olmaqla 3 nəfər həlak olub, 20-si polis olmaqla 73 nəfər yaralanıb.

Hücumdan sonra bölgəyə gələn vətəndaşlar terror təşkilatı PKK-nı lənətləyiblər. Hadisədən sonra bölgədə havadan helikopterlərin müşayəti ilə əməliyyat başlayıb. Hadisəni törətməkdə şübhəli bilinən M.Ö. yaralı halda ələ keçirilib.

Partlayışın geniş bir sahəyə yayılıb, ətrafdakı ev və iş yerlərinə böyük ziyan dəyib. Hadisə videogörüntüsü də yayılıb.

Xəbər lenti
0