Hava limanında atışma baş verdi

© Photo : Getty ImagesNyu-York hava limanı
Nyu-York hava limanı - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisədən sonra limandakı insanlar təxliyə edilib və reyslər təxirə salınıb. Ölən və yaralananlar haqda məlumat verilmir.

BAKI, 15 avq — Sputnik. Dünən gecə Nyu-York hava limanında silahlı insident yaşanıb. Sputnik The Guardian-a istinadən xəbər verir ki, ABŞ polisi cinayətkarın axtarışına başlayıb.

"Naməlum şəxs gecə saat 21:30-da 8-ci terminalda atəş açıb" — deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisədən sonra hava limanındakı insanlar təxliyə edilib və reyslər təxirə salınıb. Ölən və yaralananlar haqda məlumat verilmir.​

Xəbər lenti
0