İstanbulda nəhəng mitinq keçirilir

© REUTERS / Osman Orsalİstanbulun Yeniqapı meydanında mitinq
İstanbulun Yeniqapı meydanında mitinq - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbulun "Yenikapı" meydanında "Demokratiya və şəhidlər" şüarı ilə yüz minlərlə insanın iştirak etdiyi ümumxalq mitinqi başlayıb.

BAKI, 7 avq-Sputnik. İstanbulun "Yenikapı" meydanında "Demokratiya və şəhidlər" şüarı ilə yüz minlərlə insanın iştirak etdiyi ümumxalq mitinqi başlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, CHP lideri Kemal Kılıçdaroğlu, MHP sədri Dövlət Baxçalı, baş qərargah rəisi başda olmaqla ordu komandanlığı, eləcə də ölkənin əsas vəzifəli şəxsləri, sənət dünyasının məşhurları mitinqə qatılıblar.

Mitinqin əvvəlində 15 iyul şəhidləri 1 dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyənin himni səslənib.

Ardından şəhidlərin ruhuna dua oxunub.

Meydanı Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqları, həmçinin Atatürk və Ərdoğanın plakatları doldurub. 

Xəbər lenti
0