Ukraynada zəlzələ baş verib

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeraltı təkanlar Mariupoldan 2 kilometr şimal-şərqdə, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

BAKI, 7 avq-Sputnik. Ukraynada 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar nəticəsində bəzi evlərin divarlarında çat əmələ gəlib.

"Mariupol rayonunda 4,9 bal gücündə zəlzələ olub. Hələlik insan tələfatı barəsində informasiya yoxdur" — deyə FHN-dən bildiriblər.

ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə isə, yeraltı təkanlar Mariupoldan 2 kilometr şimal-şərqdə, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti
0