Türkiyədə çevriliş cəhdində iştirak edən hərbçilərin sayı açıqlandı

© Photo : STRTürkiyə Silahlı Qüvvələrinin Baş qərargahı
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət çevrilişi cəhdində 8651 hərbçi iştirak edib. Dövlət çevrilişi cəhdində Türkiyə Silahlı Qüvvələrinin 35 təyyarə, 37 helikopter, 74 tank və 3 gəmisindən istifadə edilib.

BAKI, 27 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dövlət çevrilişi cəhdində iştirak edən hərbçilərin sayını açıqlayıb. Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, 15 iyul dövlət çevrilişi cəhdində 8651 hərbçi iştirak edib.

"Bu, Türkiyə Silahlı Qüvvələrinin mövcud personalının 1.5 %-ni təşkil edir", — deyə açıqlamada qeyd olunub.

Bundan başqa, dövlət çevrilişi cəhdində Türkiyə Silahlı Qüvvələrinin 35 təyyarə, 37 helikopter, 74 tank və 3 gəmisindən istifadə edildiyi vurğulanıb.

Xəbər lenti
0