Polislər atəşə tutulub, yaralananlar var

© REUTERS / Murad SezerПолицейская машина в Стамбуле. Архивное фото
Полицейская машина в Стамбуле. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə əlavə qüvvə və ambulanslar göndərilib. Atəş açanları yaxalamaq üçün keçirilən əməliyyatda silahlı vətəndaşlar da iştirak edir.

BAKI, 19 iyul — Sputnik. Türkiyənin Trabzon vilayətinin Maçka rayonu ərazisində polis əməkdaşları atəşə tutulub. APA-nın İHA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər yerli vaxtla saat 08.45-də baş verib. Yolda təhlükəsizliyi təmin edən polis əməkdaşlarına meşəlik ərazidən atəş açılıb. Nəticədə 4 polis və 1 mülki şəxs yaralanıb.

Hadisə yerinə əlavə qüvvə və ambulanslar göndərilib. Atəş açanları yaxalamaq üçün keçirilən əməliyyatda silahlı vətəndaşlar da iştirak edir.

Xəbər lenti
0