Barak Obama Türkiyədə baş verənlərlə bağlı fövqəladə iclas çağırıb

© REUTERS / Jonathan ErnstПрезидент США Барак Обама выступает на саммите НАТО в Варшаве
Президент США Барак Обама выступает на саммите НАТО в Варшаве - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev ABŞ prezidenti Barak Obamanın Türkiyədə baş verənləri müzakirə etmək üçün yaxın saatlarda Milli Təhlükəsizlik Şurasını toplayacağını açıqlayıb.

BAKI, 16 iyul-Sputnik. ABŞ ordusu tərəfindən istifadə edilən İncirlik hərbi hava bazasının Türkiyənin qərarı ilə müvəqqəti bağlandığı bildirilib.

İncirlik aviabazası - Sputnik Azərbaycan
Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı
 Digər tərəfdən ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirmək qərarına gəlib.

Sputnik CNNTürk-ə istinadla bildirir ki, "Associated Press"ə açıqlama verən ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Adanadakı "İncirlik" bazasının Türkiyə hökumətinin qərarı ilə bir neçə saatlığına bağlandığını, lakin sonradan açıldığını bildirib. Bazanın nə səbəbə bağlandığına aydınlıq gətirilməyib.

"CNN International"ın xəbərinə görə, ABŞ-ın Adana konsulluğu İncirlik Hava Bazasının Türkiyə rəhbərliyi tərəfinədn giriş-çıxışa bağlandığını bildirmişdi.

İncirlik Bazasında elektrikin də kəsildiyini bildirən Konsulluq ABŞ vətəndaşlarını növbəti bildirişə qədər bazadan uzaq durmaları barədə xəbərdar etmişdi.

Digər tərəfdən Ağ Ev ABŞ prezidenti Barak Obamanın Türkiyədə baş verənləri müzakirə etmək üçün yaxın saatlarda Milli Təhlükəsizlik Şurasını toplayacağını açıqlayıb.

Obama iclasda milli təhlükəsizlik və xarici siyasət idarələrindən Türkiyədəki son hadisələrlə bağlı məlumat alacaq.

Xəbər lenti
0