Eks-prezident yas mərasimində rəqs etdi

© REUTERS / Carlo AllegriBirləşmiş Ştatların keçmiş prezidenti, oğul Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində
Birləşmiş Ştatların keçmiş prezidenti, oğul Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
Corc Buş "Respublikanın hərbi himni" ifa olunan zaman rəqs etməyə başlayıb

BAKI, 13 iyul — Sputnik. Birləşmiş Ştatların keçmiş prezidenti, oğul Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində rəqs edib. Sputnik Teleqraf-a istinadən xəbər verir ki, kiçik Buş "Respublikanın hərbi himni" ifa olunan zaman rəqs etməyə başlayıb.

Bu kadrları əks etdirən video artıq "YouTube" portalında da yayılıb. Videoda keçmiş dövlət başçısının gülümsədiyi və musiqinin tempinə uyğun oynadığı açıq-aydın görünür. Buşun bu addımı onun yanında dayanan ABŞ prezidenti Barak Obama və xanımı Mişeli, eləcə də Buşun öz həyat yoldaşını təəccübləndirib.

Xatırladaq ki, iyulun 7-dən 8-nə keçən gecə Dallasda snayperin açdığı atəşlər nəticəsində beş polis həlak olub, 7 polis əməkdaşı və 2 mülki şəxs yaralanıb.

Xəbər lenti
0