İraqa gözlənilməz səfər

© AP Photo / Alex BrandonBirləşmiş Ştatların müdafiə naziri Eşton Karter
Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın müdafiə naziri, Mosul şəhərinin terrorçulardan azad edilməsi planları haqqında danışmaq İraqa yollanıb

BAKI, 11 iyul — Sputnik. Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, amerikalı nazir səfər zamanı İraqın baş naziri Haydar əl-Abadi və müdafiə naziri Xalid əl-Obeydi ilə görüşəcək.

Karter, həmçinin İŞİD terrorçuları ilə mübarizə üzrə koalisiya qüvvələrinin komandanı Şon Makfarlandla da görüş keçirəcək. Məlumata görə, ABŞ müdafiə naziri İraqa Mosul şəhərinin terrorçulardan azad edilməsi planları haqqında danışmaq üçün yollanıb.

Xəbər lenti
0