Terrorçuların tükürpədici planı ortaya çıxdı

© REUTERS / Ismail Coskun/IHLAS News Agencyİstanbul terroru
İstanbul terroru - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbul Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktının daha miqyaslı olması üçün xain plan qurulubmuş

BAKI, 29 iyun — Sputnik. İstanbulda baş verən terrorda daha çox insanın ölməsi üçün xain plan qurulub. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, "x ray" cihazını keçərək içəriyə girən bir terrorçu "Bir azdan burada bomba partlayacaq" deyərək qışqırıb.

Bunu eşidən hava limanında olan insanlar qapıya doğru axın etməyə başlayıblar. Və həmin an qapıda gözləyən digər terrorçular, əvvəlcə onların üzərinə mərmi yağdırıb, sonra özlərini partladıblar.

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. Son məlumatlara görə, baş vermiş terror aktı zamanı ölənlərin sayı 36 nəfərə çatıb. 147 nəfər də yaralanıb.

Xəbər lenti
0