Britaniyalıların qərarı ABŞ-a 1 trillion dollara başa gəldi

© AFP 2023 / SAUL LOEBABŞ-ın Federal Ehtiyatlar Sistemi
ABŞ-ın Federal Ehtiyatlar Sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar Böyük Britaniyada keçirilən "Brexit"ə görə bir gündə 900 milyard dollar itirib

BAKI, 27 iyun — Sputnik. ABŞ fond birjalarının iyunun 24-də "Brexit" referendumunun neqativ nəticələnməsi ilə 3,5-4% azalması ölkə iqtisadiyyatına 800-900 mlrd. dollar zərər vurub. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın "High Frequency Economics" investisiya xidmətləri şirkətinin baş iqtisadçısı Cim O'Sallivan "AA" agentliyinə açıqlamasında bildirib.

Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları - Sputnik Azərbaycan
Böyük Britaniya Avropa İttifaqından ayrıldı

Baş iqtisadçıya görə, ABŞ fond birjalarının məcmu kapitallaşmasının bazar dəyəri 23 trln. dollara bərabərdir və iyunun 24-də 3,5-4% azalma ölkə iqtisadiyyatının bir gündə 900 mlrd. dollaradək itirməsinə səbəb olub. "Hazırda qlobal maliyyə bazarları "Brexit" qərarını həzm etməyə çalışır. Maliyyə bazarlarında yaşanan dalğalanmalar ABŞ iqtisadiyyatına mənfi təsir edə bilər. Nyu-York Fond Birjası və ABŞ dollarındakı sərt dalğalanmaların iqtisadi artım tempinə zərər verə biləcəyi qeyd olunub. Hazırda bu dalğalanmaların "Brexit"ə gələcəkdəki sərt reasksiyanın başlanğıcı olub-olmadığı əsas diqqət çəkən məsələyə çevrilib. Risksiz aktivlərə yönələn investorların fond birjalarına mənfi təsirinin ölçülərinin nə qədər olacağını proqnozlaşdırmaq çətinləşib", — deyə C.O'Sallivan vurğulayıb.

Onun sözlərinə görə, qlobal maliyyə bazarlarında bundan sonra kredit şərtləri sərtləşəcəyindən Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qərarını ertələyəcək. Ekspert "Brexit"in nəticələrinin ABŞ əmək bazarına təsir etməyəcəyini, işsizliyin getdikcə azalmağa davam edəcəyini, maaşların və inflyasiyanın artacağını, uçot dərəcəsinin isə sentyabrda artırılacağını proqnozlaşdırır.

İsveçrənin UBS bankının ABŞ bölməsinin baş iqtisadçısı Mauri Harris isə FES-in bu il bir dəfə (dekabrda) uçot dərəcəsini artıra biləcəyini ehtimal edir. O, FES-in "Brexit" nəticələrini təhlil etmək üçün zamana ehtiyacı olduğunu qeyd edib.

Xəbər lenti
0