Gözlənilən dollar "partlayışı" ertələndi

© AFP 2023 / SAUL LOEBABŞ-ın Federal Ehtiyatlar Sistemi
ABŞ-ın Federal Ehtiyatlar Sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
FED rəhbərinin çıxışından sonra bu ilin yazında faiz artımı gözləntiləri olduqca azalıb və diqqətlər sentyabrda keçiriləcək iclasa yönəlib

BAKI, 7 iyun — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin Filadelfiyadakı çıxışından sonra, bu ilin yazında faiz artımı gözləntiləri olduqca azalıb və diqqətlər sentyabrda keçiriləcək iclasa yönəlib.

Dollar və manat - Sputnik Azərbaycan
Dollar 1.50 manatı keçdi

"İyun ayında olmaz. İyul ayı da çox tezdir. FED-in faiz artımı olacaq, ancaq sentyabr ayında. O qəti deyil". Sputnik bloomberght-ə istinadla xəbər verir ki, bu, FED rəhbərinin dünənki çıxışından investorlar və iqtisadçıların aldığı mesajlardır.

FED rəhbəri ABŞ iqtisadiyyatının hələ də müsbət vəziyyətdə olduğunu və istehlakçıların xərclərini artıraraq iqtisadi inkişafı dəstəkləyəcək mövqedə olduqlarını vurğulayıb. Ancaq Yellen faiz artımının nə vaxt olmasının lazım olduğu ilə bağlı səssiz qalıb. Bu səbəbdən iyun ayı gündəmdən çıxarkən, iyul ayı üçün şübhələr artıb.

Yellen qiymətin sabitliyini və davamlı məşğulluğu təmin edə bilmək üçün faizlərin tədricən qaldırılmasının lazım olacağını deyib. İqtisadçılar Yellenin bir sıra problemlərin həllinin həftələr deyil, aylar alacağını dediyinə görə, iclasda faiz artımı ehtimalının aşağı olduğunu düşünürlər. ABŞ-da iqtisadçı Neil Dutta FED-in gələcək həftə və iyul ayında dəyişikliyə getməyəcəyi proqnozunu verib.

May ayında ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi 38 min artıb. Bu, təxminən altı ilin ən aşağı aylıq artımı olub.

Xəbər lenti
0