ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini artıracaq

© AFP 2023 / Karen BLEIERABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Abunə olmaq
Açıq Bazar üzrə Federal Komitəsi iyunda faiz artımına getməyin uyğun olacağını düşünür. İnflyasiyanın 2 faizlik hədəfinə yüksələcəyi gözləntisi də var.

BAKI, 19 may — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar üzrə Federal Komitəsinin (FOMC) aprel ayında keçirilən iclasının protokolları açıqlanıb. Sputnik Anadolu agentliyinə istinadən xəbər verir ki, protokollarda iyun ayında faiz artımı ola biləcəyinə işarə edən bu ifadələr diqqət çəkib: "FOMC üzvlərinin çoxu statistik göstəricilərin, ilin ikinci yarısında iqtisadiyyatın inkişafına, əmək bazarında vəziyyətin güclənməyə davam etməsinə və inflyasiyanın 2 faizlik hədəfə doğru irəliləməsinə işarə edəcəyi təqdirdə, Komitənin iyunda faiz artımına getməsinin uyğun olacağını düşünür".

Protokollarda FED-in variantlarını qorumaq istədiyinə də diqqət çəkilib. Bununla yanaşı, protokollarda iyun ayında Böyük Britaniyada keçiriləcək referendumun və Çinin valyuta məzənnəsinə gözlənilməyən müdaxilə etməsinin qlobal bazarlarda həssaslıq yarada biləcəyi xəbərdarlığına yer verilib. Sənəddə deyilib ki, FOMC üzvlərinin inflyasiyanın 2 faizlik hədəfinə yüksələcəyi gözləntisi qalır.

Xəbər lenti
0